Əsas Səhifə > Güney Press > “ExpressBank” kapitalını itirib
“ExpressBank” kapitalını itiribBu gün, 13:51 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
“ExpressBank” 2025-ci ilin üçüncü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın son 9 ayı çətin başa vurub. Bankın likvidlik vəə borc yükü aktivlərinin böyük həcmini əhatə edib.
Kommersant.az xəbər verir ki, “ExpressBank”ın aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 25 milyon 292 min manat artaraq 645 milyon 453 min manata yüksəlib. Bu artımın 97,3 faizini müştərilərə verilmiş xalis kreditlərin üzərinə düşüb. Əldə olunan 645 milyon 453 min manatlıq aktivlər cəminin 530 milyon 592 min manatı və ya 82.20 faizini müştərilərə verilmiş kreditlərdir. Buna görə də bankın likvidlik problemi yaranıb. Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatını 4 milyon 6 min manat artıran “ExpressBank”ın problemli kreditlərinin artmasının nəticəsidir. Buna görə də bank potensial zərərlər üçün daha çox vəsait ayırmağa məcbur qalıb. “ExpressBank”ın öhdəliklər cəmi son 9 ayda 28 milyon 106 min manat artaraq 509 milyon 559 min manata yüksəlib. Bu öhdəliklərin 58,2 faizi müştərilərdən yığılan pullarına payına düşüb. Belə ki, adəti üzrə “ExpressBank” biznesmen müştərilərinin 17 milyon 556 min manatlıq depozitini ititrərək hüquqi şəxslərin bankdakı vəsaitini 42 milyon 116 min manat endirib. Fiziki şəxslərin əmanətləri isə 52 milyon 175 min manat artaraq 254 milyon 494 min manata yüksəlib. Bankın öhdəliklər cəminin 38.03 faizi isə borclar hesabına formalaşıb. “ExpressBank”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında borcu 2 milyon 885 min manat artaraq 193,8 milyon manata çatıb. “ExpressBank”ın kapital cəmi heç də ürəkaçan deyil. Bankın cəmi kapitalı 9 ay ərzində 2 milyon 813 min manat azalaraq 135 milyon 895 min manata enib. Səhmdar kapitalında dəyişiklik etməyən “ExpressBank”ın bölüşdürülməmiş mənfəəti də 2 milyon 791 min manat və ya 13,91 faiz azalaraq 17 milyon 260 min manata düşüb. Bu da kapital cəmindəki azalmanın 99.2 faizini təşkil edib. 0.8 faizlik pay isə ümüumi ehtiyatların payına düşüb ki, bu da ötən ilin sonu ilə müqayisədə 22 min manat azalaarq 6 milyon 90 min manata düşüb.
Geri qayıt |