Əsas Səhifə > Güney Press > Qalstyanın Türkiyəyə səfəri qadağan edildi
Qalstyanın Türkiyəyə səfəri qadağan edildiBu gün, 13:07 |
Yaxın günlərdə məlum oldu ki, Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputatlar Türkiyəyə səfər edəcəklər. Spiker Alen Simonyan bununla bağlı sərəncam imzalayıb. Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Səfər ATƏT PA-nın İstanbulda keçiriləcək payız sessiyası ilə əlaqəlidir. Nümayəndə heyətinə Sərkis Xandanyan, Mariya Karapetyan, Lilit Minasyan, Artur Ovannisyan və Mariam Hacı-Akopyan daxildir. Nəşrin yazdığına görə, Lilit Qalstyan və Anna Mkrtçyan Ermənistanın ATƏT-dəki nümayəndə heyətinə daxil olsalar da, Türkiyəyə aparılmayacaq. Yəni nümayəndə heyətində müxalifət deputatları olmayacaq. “Hraparak” qeyd edib ki, Qalstyan nümayəndə heyətinin əsas üzvüdür: “Heyətin digər iki əsas üzvü Sərkis Xandanyan və Mariya Karapetyandır, digərləri isə əvəzləyici üzvlərdir. Amma əvəzləyicilər adətən ezamiyyətə göndərilirlər, əsas üzv olan Lilit Qalstyanın isə səfərə getməsinə faktiki olaraq qadağa qoyulub, indiyədək belə bir presedent olmayıb. Lilit Qalstyan bu barədə yalnız Alen Simonyan sərəncam verdikdən sonra öyrənib. Parlamentdən redaksiyamıza bildirilib ki, bu məsələ ilə bağlı sonradan açıqlama veriləcək. Ehtimal olunur ki, “Daşnaksütyun” üzvü olan Lilit Qalstyanı Türkiyəyə aparmaq istəməyiblər”. Geri qayıt |