Əsas Səhifə > Güney Press > Əliyev onunla danışdı, İrəvana şad xəbər verildi
Əliyev onunla danışdı, İrəvana şad xəbər verildiBu gün, 12:24 |
“Böyük Britaniyanın embarqonu qaldırması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində irəliləyişə dəstək siqnalı kimi qiymətləndirilə bilər.” Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Mütəllim Rəhimli Londonun Bakı və İrəvana silah embarqosunu tamamilə aradan qaldırmasını şərh edərkən deyib. Siyasi şərhçi qeyd edib ki, rəsmi bəyanata əsasən, bu qərar hər iki ölkəyə suverenlik və ərazi bütövlüyünü konvensional və hibrid təhdidlərdən qorumaq” üçün kömək etmək məqsədi daşıyır: “London hər iki tərəfə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmə təklif edərək, ticarət, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı gücləndirməyi planlaşdırır. Embarqo artıq aktual deyil, çünki onun əsasını təşkil edən ATƏT-in Minsk qrupu ləğv edilib və regionda sabitlik üçün yeni imkanlar yaranıb. Bu, həm də Qərb ölkələrinin Cənubi Qafqazda Rusiya və İranın təsirini balanslaşdırmaq istəyini əks etdirir. Eyni zamanda, Azərbaycanın enerji resurslarını və Ermənistanın diversifikasiya səylərini nəzərə alır”. M.Rəhimlinin sözlərinə görə, qərarın indi verilməsi bir neçə amillə bağlıdır: “Əsas səbəb, ABŞ Prezidenti Donald Trampın təşkilatçılığı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verən sammitdir. Qəzza sammiti də bu kontekstdə rol oynayıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında baş tutan görüş çox güman ki, regional sülh məsələlərini, o cümlədən Cənubi Qafqazı da əhatə edib. Çünki bu sammit Yaxın Şərqdəki münaqişələrlə yanaşı, qlobal sabitliyi hədəfləyir. Əvvəlki embarqo 1992-ci ildən qüvvədə idi və bu ilin iyul ayında qismən yumşaldılmışdı. Lakin tam qaldırma hazırda iki dövlət arasındakı sülh prosesində baş verən irəliləyişlə əlaqəlidir. London ATƏT çərçivəsində əvvəllər Minsk qrupunda iştirak etsə də, indi strateji tərəfdaşlıq vasitəsilə regiona nüfuz edir. Ümumilikdə, Böyük Britaniyanın rolu regionda Qərb təsirini artırmaq, enerji marşrutlarını qorumaq və sülhü iqtisadi stimullarla təmin etməkdən ibarətdir”. Geri qayıt |