Əsas Səhifə > Güney Press > İŞİD-ə qarşı ƏMƏLİYYAT: iki azərbaycanlı axtarışa verildi

İŞİD-ə qarşı ƏMƏLİYYAT: iki azərbaycanlı axtarışa verildi


Bu gün, 10:41

Türkiyədə İŞİD terror qruplaşmasının maliyyələşdirənlərə qarşı əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, İstanbul prokurorluğunun göstərişi ilə keçirilən əməliyyatlar nəticəsində terror qruplaşmasına 80 milyon yardım edən 42 nəfər müəyyən edilib.

Onlardan ikisinin azərbaycanlı olduğu bildirilir. Əməliyyat nəticəsində İstanbulda yaşayan 17 nəfər saxlanılıb, 3 nəfərin axtarışı isə davam edir. Həmçinin 10 Rusiya, 10 Türkmənistan, 6 Qırğızıstan, 1 Tacikistan, 1 Özbəksitan və 2 Azərbaycan vətəndaşı Türkiyədən kənarda olduqları üçün barələrində qiyabi həbs qərarı verilib.


Geri qayıt