Əsas Səhifə > Güney Press > Şəhla İsmayıl məsuliyyətə cəlb olundu
Şəhla İsmayıl məsuliyyətə cəlb olunduBu gün, 01:28 |
“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl haqqında cinayət işi başlanıb. "DİA-AZ" “Gununsesi.info”ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. Şəhla İsmayıl Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan QHT-lərlə bağlı cinayət işi üzrə təqsirləndirilir. Qeyd edək ki, Baş Prokurorluqda QHT-lərlə bağlı cinayət işi başlayandan sonra 5 nəfər həbs olunub, digər təşkilat rəhbərləri haqqında isə başqa yerə getməmə və s. qətimkan tədbirləri seçilib. Təqsirləndirilən QHT təmsilçilərindən bir neçəsinin, o cümlədən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov, “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, qadın hüquqlarının müdafiəsi ilə məşğul olan Nərgiz Muxtarovanın məhkəməsi başlayıb. Oktyabrın 22-də “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun da məhkəməsi başlayacaq. Geri qayıt |