Əsas Səhifə > Güney Press > “Söhbət yayıldı ki, guya “Qarabağ” bizə yardım edib, elə şey yoxdur”

“Söhbət yayıldı ki, guya “Qarabağ” bizə yardım edib, elə şey yoxdur”


Bu gün, 15:10

“Qarabağ” klubunun I Liqada təmsilçisi “Şəfa”ya forma yardım etməsi xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Teleqraf-a klub prezidentinin müşaviri Əfran İsmayılov məlumat verib.

Klub rəsmisi Ağdam təmsilçisinin paytaxt klubuna geyim təminatında köməklik göstərdiyi, baş məşqçi Qurban Qurbanovun qərarı ilə öz inventarlarının bir hissəsini “Şəfa”ya göndərdiyinə dair iddiaların əsassız olduğunu bildirib.

İsmayılov I Liqanın IV turunda MOİK-ə 4:1 hesabı ilə qalib gəldikləri görüşdə baş verən dəyişikliklərin səbəbini belə şərh edib: “Kiminsə bizə yardım etməsi barədə deyilənlər boş söhbətlərdir. Yeri gələrsə, biz özümüz yardım edirik. İnkişafdayıq, heç bir yardımdan söhbət gedə bilməz. Formalar sadəcə gecikmişdi. “Jako” da bildirdi ki, günah bizimdir, emalatxanada “Adidas” formamız var. Gecikdiyi üçün anbardakı həmin formaları verdilər. Ondan sonra belə söhbət yayıldı ki, “Qarabağ” “Adidas” geyinir, guya bizə yardım edib. Halbuki belə bir şey yoxdur. Bu, onların öz günahı idi və günahlarını yumaq üçün belə addım atdılar. Biz də anlayışla qarşıladıq, oyuna həmin formaları geyindik. Qurban müəllimlə dostluğumuz, qardaşlığımız var. Futbola aid bütün məsləhətləri bizə verir. Biz də istəyirik ki, “Şəfa” “Qarabağ” strategiyasına daxil olsun, daha çox futbolçu yetişsin, milli komandaya oyunçu verək. Yəni örnək olaraq biz onları görürük və belə məsələlərdə məsləhətləşirik. Artıq “Jako” forması gəlib, biz də onu geyinəcəyik. Qurban müəllimin özündən də soruşsanız, təsdiq edəcək ki, belə bir şey olmayıb. Qurban müəllimin özü bizə kifayət qədər məsləhət verir. “Şəfa” inkişafdadır, Azərbaycan xalqı üçün yaxşı işlər görür. Belə söhbətlər olmayıb, ola da bilməz”.

Qeyd edək ki, Şəfa” I Liqada 4 turdan sonra 12 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.


Geri qayıt