Milli Məclisin deputatı Elçin Mirzəbəyli üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) xaric edilib. "DİA-AZ" Modern.az-a istinadən xəbər verir ki, Elçin Mirzəbəyli məsələ ilə bağlı açıqlma verib. Deputat bildirib ki, o, partiyadan xaric edilməsi ilə bağlı müraciət etməyib: “Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Çünki bir neçə gün öncə Qüdrət müəllim (ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev-red.) mənim telefon zənglərimi bloka atmışdı. Əlaqə saxlamaq imkanım olmamışdı. Sonra görüşəndə mənə dedi ki, şəxsi münasibətlərdə heç bir problem yoxdur, siyasi baxışlarımız üst-üstə düşmür. Mənim son 20 ildəki siyasi baxışlarım isə dəyişməyib, eyni işlə məşğul olmuşam. Mən dedim ki, hörmətlə yanaşıram. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam".
Geri qayıt
|