Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422,8 milyon manatlıq məhsul satılıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bunun 25 milyard 359,1 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 21 milyard 63,7 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Qeyd edək ki, pərakəndə ticarət şəbəkələrində satılan qeyri-ərzaq mallarının 13,2%-i və ya 2 milyard 785,1 milyon manatı avtomobil benzini və dizel yanacağının satışına aiddir. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 12,6% və ya 2 milyard 430,9 milyon manat təşkil edib. Xatırladaq ki, ötən ilin iyun ayında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının qiyməti isə 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Geri qayıt
|