Əsas Səhifə > Güney Press > 10 manatlıq şirkət 25 milyon manatlıq tenderin
10 manatlıq şirkət 25 milyon manatlıq tenderinBu gün, 12:58 |
Səhiyyənin Təminat Mərkəzi elan etdiyi tenderin nəticələrini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, tender 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair «Hexa vaccine» (6 valentli) vaksinin alınmasını əhatə edir.Tenderin qalibi "Epidbiomed" MMC (VÖEN: 1500338941) olub və şirkətlə bağlanan müqavilənin dəyəri 25 152 705 AZN təşkil edir. Tender çərçivəsində 301 796 ədəd vaksin satın alınacaq. Qeyd edək ki, “Epidbiomed” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məmməd Əli Əliyev Sabir oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşir. Geri qayıt |