Əsas Səhifə > Güney Press / Ana xəbər > Rəsul Quliyevin övladları: Maliyyəçi, rəssam, keçmiş bank işçisi...
Rəsul Quliyevin övladları: Maliyyəçi, rəssam, keçmiş bank işçisi...Bu gün, 11:50 |
Azərbaycan Milli Məclisinin ABŞ-da mühacirətdə olan eks-sədri Rəsul Quliyevin qızı, nəvəsi və kürəkəni 30 ildən sonra Bakıya gəlib. Səfərin ilk günü onlar Fəxri Xiyabanı, ardınca Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanda qalacaqları müddətdə onların işğaldan azad olunmuş Qarabağ torpaqlarını da ziyarət edəcəkləri planlaşdırılıb. Rəsul Quliyevin digər oğlu Ziya Quliyevin rəssam olduğu və özəl sektorda çalışdığı barədə məlumat var. Onun da evli və iki övlad atası olduğu bildirilir. 11 may 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib və 9 noyabr 1993-cü ilədək bu vəzifədə çalışıb. 29 iyul 1993-cü ildə Milli Məclisin deputatı seçilib. 5 noyabr 1993-cü ildə isə parlamentin sədri seçilib və 1995-ci ilin noyabrınadək həmin vəzifədə işləyib. 1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan parlamentinin sədri seçilib. 1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verib. Həmin ildə ABŞ-da mühacirət edib. R.Quliyev ABŞ-a yerləşdirkdən sonra Azərbaycan hakimiyyətinə müxalifətdə olub, Bakıdakı bəzi siyasi partiyalarla əməkdaşlıq edib. 2003-cü ildə keçirilmiş Prezident seçkilərində Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən namizədliyi irəli sürülüb, lakin Mərkəzi Seçki Komissiyası onu prezidentliyə namizəd kimi təsdiq etməyib. 2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmaq məqsədilə Azərbaycana qayıtmağa cəhd edib. Lakin Binə hava limanı onun mindiyi təyyarənin qəbulundan imtina edib. Buna görə də təyyarə məcburi olaraq Ukraynanın Simferopol şəhərinə enib. Orada Rəsul Quliyev həbs edilib. ABŞ və beynəlxalq təşkilatların təzyiqi nəticəsində 3 gündən sonra azadlığa buraxılıb. O, hazırda Azərbaycanda fəaliyyət göstərən Gələcək Azərbaycan Partiyasının fəxri üzvüdür. Geri qayıt |