Əsas Səhifə > Güney Press / Partiya > Rəsul Quliyev Azərbaycana QAYIDIR?

Rəsul Quliyev Azərbaycana QAYIDIR?


Bu gün, 11:29

Azərbaycan Milli Məclisinin sabiq sədri, hazırda Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyevin qızı Xanım Quliyeva 30 ildən sonra Bakıya gəlib. O ilk olaraq, Bakıda Fəxri və Şəhidlər xiyabanlarında olub.

“Çox xoşbəxtəm. Bakımızı 30 ildən sonra kəşf etmək, həyata keçirilmiş quruculuq, abadlıq işləri ilə tanış olmaq, paytaxtımızı müasir və inkişaf etmiş görmək çox qürurvericidir”, – Xanım Quliyeva bildirib.

Xatırladaq ki, 1993-1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək ailəsi ilə birlikdə ABŞ-yə köçüb. O, həmin tarixdən sonra Azərbaycana qayıtmayıb.

Bəzi iddialara görə, Rəsul Quliyevin özü də qızının ardınca vətənə gələ bilər. Rəsul Quliyevin bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edib-etmədiyi maraq doğurur.

"DİA-AZ" xəbər verir ki, modern.az bununla əlaqədar olaraq, eks-spikerə yaxın olan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə əlaqə saxlayıb.

Partiya sədri saytımıza açıqlamasıdna bildirib ki, bununla bağlı nə o, nə də Rəsul Quliyev hər hansı yerə müraciət edib:

“Rəsul Quliyev Azərbaycan Respublikasının vətəndaşıdır. Onun Azərbaycana gəlməsində heç bir porblem yoxdur. Sadəcə, Rəsul Quliyevin, yaxud mənim tərəfimdən onun geri qayıtması barədə hər hansı təşəbbüs olmayıb. Bunun səbəbi Rəsul Quliyevin yaşı ilə əlaqədardır. 18-19 saat təyyarə ilə yol gəlmək onun kimi yaşlı insanlar üçün olduqca çətindir. Rəsul Quliyevin vətəvə dönüşü ilə bağlı hər hansı təşəbbüs olmayıb və belə bir təşəbbüsün olma ehtimalı 0-a bərabərdir. Rəsul Quliyev və partiya sədri kimi mənim mürarciətim yoxdur və olmayacaq”.

A.Şakiroğlu qeyd edib ki, Rəsul Quliyevin ailə üzvlərinin ölkəyə sərbəst gəlişi, demokratik mühitin göstəricisidir:

“Rəsul Quliyevin ailə üzvlərinin öz vətənlərinə, yurdlarına gəlmələri, Azərbaycanda görülən böyük quruculuq işləri ilə tanış olmaları, öz yaxınları ilə görüşmələri, dünyasını dəyişən yaxınlarının qəbirlərini ziyarət etmələri və xeyirdə-şərdə qohumlarının yanında olmaları onların təbii, konstitusion haqlarıdır. Bundan əlavə bu səfər, eyni zamanda ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin olmasının açıq göstəricisidir. Məhz bu rahatlıq, sərbəstlik, həm də onun göstəricisidir ki, ölkədə demokratik mühit mövcuddur. Eyni zamanda, bu hadisə həm də iqtidarla müxalifət arasında 5 ildən artıq davam edən dialoqun sağlam olduğunun bariz nümunəsidir. Prezidentə, Birinci vitse-prezidentə ölkədə olan demokratik mühitə, hər bir azərbaycanlının Azərbaycanda yaşayışının təminatçısı rolunda çıxış etdiklərinə görə təşəkkürümü bildirmişəm”.


Geri qayıt