Əsas Səhifə > Güney Press > Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Azərbaycanda törəməsini yaradıb
Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Azərbaycanda törəməsini yaradıbBu gün, 10:00 |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Makine ve Kimya Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva, 103, nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İlhami Keleşdir. O həm də Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti "Makine ve Kimya Endüstrisi A.Ş"nin Direktorlar Şurası sədrinin müavinidir. Geri qayıt |