Əsas Səhifə > Güney Press > Məhkəmə sabiq baş həkimlə bağlı qərar çıxardı

Məhkəmə sabiq baş həkimlə bağlı qərar çıxardı


Bu gün, 09:08

Ali Məhkəmədə 2 saylı Dəmiryol Poliklinikasının sabiq baş həkimi, fəxri dəmiryolçu, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənova barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd: Tanınmış həkim Həmzə Həsənovanın barəsində Cinayət Məcəlləsinin 308 və 313-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Araşdırmalar zamanı müəyyən olunub ki, Həmzə Həsənov çoxsaylı vətəndaş barəsində elektron sistemə qəsdən həqiqətə uyğun olmayan tibbi məlumatlar daxil edib.

Bu yolla o, həmin şəxslərin pensiya almasına nail olub və dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Binəqədi Rayon Məhkəməsi bir neçə gün əvvəl cinayət işi üzrə hökm çıxarıb. Həmzə Həsənov qeyd edilən əməllərdə təqsirli bilinib. 66 yaşlı elmlər doktoruna 2 il şərti cəza verilib.

Həmçinin təqsirləndirilən şəxsdən 141 min 954 manat vəsaitin tutularaq zərərçəkmiş şəxs kimi (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinə qərar verilib.


Geri qayıt