Əsas Səhifə > Güney Press > Fransa müxalifəti yeni təzyiq planlayır

Fransa müxalifəti yeni təzyiq planlayır


Bu gün, 07:27

Fransanın sağçı "Milli Birlik" Partiyası oktyabrın 13-də - bazar ertəsi yeni hökumətə qarşı etimadsızlıq rəyi haqqında qətnamə - votum (səsvermə vasitəsilə şxarılan qərar) təqdim edəcək.

"Report"un xəbərinə görə, bu barədə "Milli Birliy"in parlamentdəki qrupunun lideri Marin Le Pen "X" sosial şəbəkəsində bildirib.

"Bir neçə gündür bəyan etdiyimiz kimi, "Milli Birlik" və "Respublika Uğrunda Sağçılar Birliyi"ndən olan müttəfiqlərimiz hökumətə etimadsızlıq səsi verəcəklər. Sabah etimadsızlıq qətnaməsi təqdim edəcəyik", - siyasətçi yazıb.

O, Fransa Prezidenti Emmanuel Makronu yeni parlament seçkiləri keçirmək üçün dərhal Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxmağa çağırıb. Le Penin sözlərinə görə, ölkə vətəndaşları öz sözünü deməli və yeni çoxluğu seçməlidirlər.


Geri qayıt