Əsas Səhifə > Güney Press > “Qarabağ” dünya reytinqində 14 pillə irəlilədi

“Qarabağ” dünya reytinqində 14 pillə irəlilədi


Bu gün, 17:57

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinqini dərc edib.

"DİA-AZ" “Qafqazinfo”ya istinadla xəbər verir ki, reytinqdə 501 klub yer alıb.

Azərbaycan çempionu “Qarabağ” dünya reytinqində 14 pillə irəliləyərək 96-cı sıradan 82-ci yerə yüksəlib.

Digər təmsilçilərimiz “Sabah” 302-ci mövqedən 296-cı yerə yüksəlib. “Araz-Naxçıvan” 355-ci yerdən 391-ci yerə, “Zirə” isə 380-ci yerdən 407-ci mövqeyə düşüb.

Qeyd edək ki, siyahıya PSJ başçılıq edir. İlk beşlikdə, həmçinin, “Real Madrid”, “İnter”, “Çelsi” və “Barselona” yer alırlar.


Geri qayıt