Əsas Səhifə > Güney Press > Bir-birini bıçaqlayan dostların MƏHKƏMƏSİ

Bir-birini bıçaqlayan dostların MƏHKƏMƏSİ


Bu gün, 17:31

Bakıda tanışını öldürməyə cəhd edən şəxsə hökm oxunub.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Nicat Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə Nicat Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Nicat Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib.

Çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə həmin müddətli cəza təyin edilməsini istəyib.

Vəkil isə bildirib ki, müdafiə etdiyi şəxsin zərərçəkmişi öldürmək niyyəti olmayıb və aralarında barışıq əldə olunub.


Geri qayıt