Əsas Səhifə > Güney Press > Çexiya Ermənistanda hərbi attaşe təyin edib
Çexiya Ermənistanda hərbi attaşe təyin edibBu gün, 12:58 |
Ermənistanın müdafiə naziri Suren Papikyan Çexiya səfiri Petra Pirunçik və yeni təyin edilmiş hərbi və hərbi-hava attaşe İrji Mraçek (iqamətgahı Tbilisidə yerləşir-red) ilə danışıqlar aparıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilib. Görüş zamanı Ermənistan və Çexiya arasında müdafiə sahəsində əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunub. Geri qayıt |