Əsas Səhifə > Güney Press > Köçəryan Naxçıvana yolu dağıtdı, sonra təklif etdi ki...

Köçəryan Naxçıvana yolu dağıtdı, sonra təklif etdi ki...


Bu gün, 10:31

Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Mehri dəmir yolunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan sökdürüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Arman Yeqoyan məlumat verib.

Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı korrupsiya ittihamına toxunan siyasətçi qeyd edib:

“Mehri dəmir yolunun relslərini söküb qəpik-quruşa satan Nikol Paşinyan idi? Haradadır o korrupsiya? Amma necə olur ki, Köçəryan prezident olarkən onun oğlu iri sahibkar, avtomobil və telefon idxalçısı ola bildi?”.

Arman Yeqoyan Köçəryanı “Rusiyanın qubernatoru” adlandırıb.


Hakim partiyanın üzvü müxalifət nümayəndələrinin Azərbaycan-Ermənistan sülh prosesinə yanaşmalarına da diqqət çəkib:

“Bəziləri avqustun 7-də “Vaşinqtonda heç bir sənəd imzalanmayacaq” deyirdilər, bəs, nə oldu? Bunu unudublarmı?

Deyirdilər ki, qapalı sərhədlərlə Ermənistan inkişaf edə bilər. İnkişaf etdimi? Səhv etdilər, nəticə çıxarmadılar, indi yenə insanları eyni yola çəkmək istəyirlər. Deyirlər, niyə bu məhsul Ermənistanda bahadır, Gürcüstanda ucuz? Çünki logistika xərcləri qiymətə daxil olur. Yol (və ya Zəngəzur dəhlizi) barədə danışarkən, “maneəsiz” sözündən qıcıqlanırlar. Bundan qıcıqlanan həmin Köçəryandır ki, prezident olarkən Mehrini Qarabağla dəyişdirməyi təklif etmişdi”.


Geri qayıt