Əsas Səhifə > Güney Press > Ermənilər Paşinyandan soruşur
Ermənilər Paşinyandan soruşurBu gün, 10:17 |
Ermənistanında insanların sərhədi keçərkən pasportları diqqətlə yoxlanılır, xüsusən də Ermənistana gələnə qədər hansı ölkələrdə olduqları araşdırılır. Publika.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb. Bildirilir ki, daha əvvəl Azərbaycana səfər etmiş şəxsılər Ermənistana daxil olarkən incidilir. “Bizə dedilər ki, bu yaxınlarda Ermənistan-Gürcüstan sərhədini keçərkən Qazaxıstandan olan yaşlı ər-arvada sadəcə olaraq bu yaxınlarda Azərbaycana ezamiyyətlə getdiklərinə görə xeyli əziyyət veriblər. Ərin sərhədi keçməsinə icazə verilib, amma arvad ciddi sorğu-sual edilib, uzun müddət Azərbaycana niyə getdiyini, nə qədər qaldığını, nə vaxt orada olduğunu, harada olduğunu və s. suallar veriblər”, - nəşr qeyd edib. Məqalədə bildirilir ki, Ermənistan hakimiyyəti bir tərəfdən Azərbaycanla sülh bağlamağın vacibliyindən danışır, xalq arasında təbliğat aparır, digər tərəfdən isə daha əvvəl Azərbaycanda səfərdə olmuş turistləri az qala agent kimi qəbul edir. Məqalədə qeyd edilir ki, bu da Ermənistan hakimiyyətinin fəaliyyətində qeyri-səmimi olduğunu göstərir. Geri qayıt |