Əsas Səhifə > Güney Press > Azərbaycan şirkəti bölünür
Azərbaycan şirkəti bölünürBu gün, 09:23 |
14 noyabr 2025-ci il saat 14.00-da “F.S” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcək. "DİA-AZ" xəbər verir ki, növbədənkənar ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcək: 1. ASC-nin bölünməsi və bölünmə balansının təsdiq edilməsi. 2. ASC-nin bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi. 3. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil olunan MMC-lərin təsis edilməsinə və nizamnamə kapitalının əmlak şəklində formalaşmasına razılığın verilməsi. 4. ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması. 5. Digər məsələlər. Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan-13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər. Əlaqə telefonu - 012-564-25-76. Ünvan - Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi,1999-cu məhəllə Geri qayıt |