Əsas Səhifə > Güney Press > Paşinyan və Putin arasında telefon danışığı olub

Paşinyan və Putin arasında telefon danışığı olub


Bu gün, 17:19

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat verib.

Məlumata görə, Baş nazir Vladimir Putini doğum günü münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb.

Paşinyan Ermənistan ilə Rusiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bu prosesdə Rusiya Prezidentinin şəxsi töhfəsini yüksək qiymətləndirib.


Geri qayıt