Əsas Səhifə > Güney Press > Ermənistan TŞ sədri Rusiya səfiri ilə regional hadisələri müzakirə edib

Ermənistan TŞ sədri Rusiya səfiri ilə regional hadisələri müzakirə edib


Bu gün, 13:58

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin ilə görüşündə iki ölkə arasında ikitərəfli gündəliyin məsələlərini müzakirə edib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında bildirilib.

Onlar iki ölkənin Təhlükəsizlik Şuralarının aparatları arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Həmsöhbətlər, həmçinin regional hadisələri müzakirə ediblər və region xaricində təhlükəsizlik vəziyyəti haqqında fikir mübadiləsi aparıblar.


Geri qayıt