Əsas Səhifə > Güney Press > "5 manat gəliri olana 6 manat borc verilməməlidir"
"5 manat gəliri olana 6 manat borc verilməməlidir"Bu gün, 12:00 |
Azərbaycan Mərkəzi Bankının (AMB) əsas məqsədi izafi borclanmanın qarşısını almaqdır. "Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib. "Biz borclanmaya qarşısını deyilik, sadəcə borclanma sağlam formada olmalıdır - 5 manat gəliri olana 6 manat borc verilməməlidir. Gördüyümüz tədbirlər daha çox izafi borclanmanın qarşısını almaq üçündür. Bununla bağlı daha sərt tədbirlər də görülə bilər. Əhalinin gəlirləri artıb, buna münasibətdə borclanma da artıb, ancaq region ölkələrindən aşağı səviyyədədir", - deyə qeyd edib. AMB rəsmisinin sözlərinə görə, banklar üzrə Bazel III, sığorta sektoru üzrə isə Solvency II standartlarına keçid nəzərdə tutulur: "Bu istiqamətdə işlər aparılır. Yaxın vaxtlarda bazar risklərinin idarə edilməsinə dair qaydalar müəyyən ediləcək və ictimaiyyətə açıqlanacaq". Geri qayıt |