Əsas Səhifə > Güney Press > Toyda “spirtli içkini çox içmə” deyən bibisi oğlunu bıçaqladı
Toyda “spirtli içkini çox içmə” deyən bibisi oğlunu bıçaqladıBu gün, 11:13 |
Şəki Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rüstəm Səfərovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. İttihama görə, hadisə 06 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində şəxs Yevlax şəhərində qeydə alınıb. Belə ki, Rüstəm Səfərov qohumunun övladının “Gül” şadlıq sarayında təşkil olunan toy mərasimində iştirak edərək, spirtli içki qəbul edib. Toy məclisi zamanı, saat 17 radələrində bibisi oğlu, 1953-cü il təvəllüdlü zərərçəkmiş Oqtay Əlizadə (soyadı şərtidir) onun spirtli içkini çox içməməsi barədə irad bildirib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Təqsirləndirilən şəxs həmin hadisədən sonra qohumunun evə getdiyini bilərək, əsassız və bəhanə xarakterli səbəblə ona qarşı aqressiv münasibət göstərib, xuliqanlıq niyyəti ilə Oqtaya fiziki xəsarət yetirmək qərarına gəlib. O, toy məclisindən çıxdıqdan sonra, saat 18 radələrində Yevlax şəhəri, Q.B.Zakir küçəsində yerləşən öz fərdi yaşayış evinə qayıdıb, oradan mətbəx bıçağını götürərək spirtli içkinin təsiri altında zərərçəkmiş şəxsin yaşadığı ünvana gedib. Saat 18:30 radələrində təqsirləndirilən şəxs Oqtayın evinin qarşısına gəlib açıq vəziyyətdə olan dəmir qapıdan həyətə daxil olub, onu səsləyərək həyətə çıxmasını tələb edib. Zərərçəkmiş şəxs səsi eşidib pilləkanlarla həyətə düşüb. Bu zaman Rüstəm zərərçəkmiş şəxsi əli ilə itələyərək pilləkan istiqamətində yerə yıxıb, nəticədə Oqtayın alın nahiyəsi, sol yuxarı ətrafı və sifətində əzilmiş yara xəsarətləri yaranıb. Daha sonra təqsirləndirilən şəxs üzərində gətirdiyi bıçağı çıxararaq, zərərçəkmişin arvadının gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib. O, zərərçəkmiş şəxsin qarın nahiyəsinə bir dəfə bıçaq zərbəsi endirib. Nəticədə Oqtayın qarının sol yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası yaranıb, bu xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilib. Geri qayıt |