Əsas Səhifə > Güney Press > "Azərmetalinvest"in səhmdarları yenidən

"Azərmetalinvest"in səhmdarları yenidən


Bu gün, 09:28

03 noyabr 2025-ci il, saat 11.00-da “Azərmetalinvest” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

"DİA-AZ" xəbər verir ki, yığıncağın Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən cəmiyyətin inzibati binasında olması nəzərdə tutulur.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1.Cəmiyyətin 2024-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;

2.Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;

3.Cəmiyyətin Ümumi yığıncağ, Müşahidə Şurası, İcra orqanı və təftiş komissiyası haqqında Əsasnamələrin təsdiqi;

4.Cəmiyyətin Müşahidə şurasının, icra orqanının və təftiş komissiyasının (müfəttişin) seçilməsi;

5.Cəmiyyətin balansında olan istifadəyə yararsız əsas vəsaitlərin silinməsi məsələsinin müzakirəsi;

6.Digər məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə materiallarla Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: +994505692148


Geri qayıt