Əsas Səhifə > Güney Press > Son illərdə təhsil işçilərinin əməkhaqları nə qədər artıb?
Son illərdə təhsil işçilərinin əməkhaqları nə qədər artıb?6-10-2025, 16:34 |
Son 5 ildə həm dövlət, həm də özəl sektorda təhsil işçilərinin əməkhaqları üzrə dəyişikliklər müşahidə olunub."DİA-AZ" xəbər verir ki, Valyuta.az son 5 ilin statistikasına əsasən, hər iki sektorda təhsil işçilərinin aldığı orta aylıq nominal əməkhaqqı üzrə ortaya çıxan hesabatı təqdim edir. Belə ki, cari ilin ilk 8 ayında dövlət sektoru üzrə təhsil işçilərinin aldığı orta aylıq əməkhaqqı 807,3 manat təşkil edib. Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 58,9 manat və ya 7,87% artımın olduğunu deməyə əsas verir. Ötən ilin eyni dövründə bu hesabat 748,4 manat olub. 2023-cü ildə təhsil işçilərinin orta aylıq nominal əməkhaqqı 704,3 manat olub ki, bu 2024-cü ildə gəlirin 44,1 manat və ya 6,29% artdığını deməyə əsas verir. 2022-ci ilin statistikasına əsasən, dövlət sektoru üzrə təhsil işçilərinin əməkhaqları 622 manat olub. Bu da onu deməyə əsas verir ki, 2023-cü ilin eyni dövründə orta aylıq nominal əməkhaqlarında artım 81,5 manat və ya 13,08% təşkil edib. 2021-ci ilin yanvar-avqust aylarında təhsil işçilərinin orta aylıq nominal əməkhaqqı 520,4 manat olub. Bu da onu göstərir ki, 2022-ci ildə təhsil işçilərinin əməkhaqqı 102,4 manat 19,67% artıb. Son olaraq, 2020-ci ildə təhsil sahəsi üzrə işçilərin əməkhaqqı 509,7 manat olub. Nəticədə 2021-ci ildə sözügedən sahə üzrə əməkhaqları 10,7 manat və ya 2,09% artıb.
Bildirilib ki, cari ilin ilk 8 ayında özəl sektorda fəaliyyət göstərən təhsil işçilərinin orta aylıq nominal əməkhaqqı 979,2 manat olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55 manat və ya 5,95 faiz artım deməyə əsas verir. Ötən il, yəni 2024-cü ilin ilk 8 ayında əməkhaqqı 924,2 manat səviyyəsində olub. 2023-cü ildə isə bu göstərici 881,9 manat təşkil edib ki, bu da növbəti il üçün 42,3 manat və ya 4,79 faiz artım deməkdir. 2022-ci ildə özəl sektor üzrə təhsil işçilərinin orta aylıq nominal əməkhaqqı 825,7 manat səviyyəsində qeydə alınıb. 2023-cü ildə həmin rəqəm 56,2 manat və ya 6,80 faiz artaraq yüksəlib. 2021-ci ildə orta aylıq əməkhaqqı 807,4 manat olub. Növbəti il bu məbləğ 18,3 manat artaraq 825,7 manata çatıb. Bu, 2,26 faiz artım deməkdir. 2020-ci ildə isə göstərici 822,2 manat təşkil edib. 2021-ci ildə bu rəqəm 14,8 manat və ya 1,8 faiz azalıb ki, bu da həmin dövr üçün yeganə geriləmə kimi qeyd olunur. Geri qayıt |