Əsas Səhifə > Güney Press > Putin HƏDƏLƏDİ

Putin HƏDƏLƏDİ


Bu gün, 18:07

“Uzaqmənzilli “Tomahawk” qanadlı raketlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi Vaşinqtonla Moskva arasında münasibətlərdəki müsbət tendensiyaları geri çevirəcək”.

“Cebheinfo.az” "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.

“Mən artıq demişəm ki, bu, bizim münasibətlərimizin, ən azı, bu münasibətlərdə yaranan müsbət meyillərin məhvinə gətirib çıxaracaq”, - dövlət başçısı bildirib.

Bundan əvvəl Trampın “Tomahawk” raketlərini Ukraynaya təhvil verməyi düşündüyü bildirilirdi. Lakin bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib.

Bu məlumatı şərh edən Rusiya Prezidenti bəyan edib ki, Amerika raketlərinin çatdırılması döyüş meydanındakı vəziyyəti dəyişməyəcək. Bununla belə, Putin Kiyevin raketlərdən istifadəsinin Moskva ilə Vaşinqton arasında münasibətlərə mənfi təsir edəcəyini vurğulayıb. O, həmçinin deyib ki, ABŞ diqqəti daxili problemlərdən yayındırmaq üçün “Tomahawk” tədarükləri ilə bağlı bəyanatlar verir.


Geri qayıt