Əsas Səhifə > Güney Press > Gürcüstanda səslərin hamısı sayılıb
Gürcüstanda səslərin hamısı sayılıbBu gün, 13:23 |
Gürcüstanda ötən gün keçirilmiş bələdiyyə seçkiləri üzrə bütün bülletenlər sayılıb. APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib. Nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyası bütün bələdiyyələrdə səslərin 81,689%-ni əldə edib. Partiyanın Tbilisi meri postuna namizədi Kaxa Kaladze 71,61% səslə üçüncü dəfə şəhər meri seçilib. Rustavi, Kutaisi, Batumi və Poti şəhərlərində də “Gürcü Arzusu”nun namizədləri böyük üstünlüklə qalib gəliblər. Qeyd edək ki, yerli seçkilərdə seçicilərin 40,93%-i (1 438 116 nəfər) iştirak edib. Seçkilərə 12 siyasi partiya qatılıb. Geri qayıt |