Əsas Səhifə > Güney Press > Naxçıvanda 15 yaşlı uşağa təcavüz işində təqsirləndirilənlərdən daha birinin cəzası artırılıb

Naxçıvanda 15 yaşlı uşağa təcavüz işində təqsirləndirilənlərdən daha birinin cəzası artırılıb


Bu gün, 12:34

Oktyabrın 3-də Naxçıvan Ali Məhkəməsində 4 nəfər tərəfindən təcavüzə məruz qalan 15 yaşlı uşağın işi üzrə təqsirli bilinənlərdən daha birinin – hərbçi Əsədov Səbuhi Səməd oğlunun məhkəməsi keçirilib.

Prosesə hakim Abbasov Fərman sədrlik edib.

Zərərçəkənin atası Novruz Musayev deyir ki, məhkəmə bu iş üzrə təqsirləndirilmiş Əsədov Səbuhi Səməd oğlu barəsində qərarı dəyişib. Musayev deyir ki, məhkəmənin qərarı ilə onun barəsində cəza müddəti 1 ildən 2 ilə artırılıb.

Novruz Musayev qeyd edir ki, bu iş üzrə ittiham olunan 4-cü şəxs – Əsədov Araz Səməd oğlu barəsində yenidən məhkəməyə müraciət edəcək. Lakin cinayət işinə xitam verilməsi barədə sənəd ona verilmir.

“Mən uşağın hüququ nümayəndəsiyəm. Müstəntiqə dedim ki, cinayət işinə xitam verilməsi barədə sənədin surətini mənə verin. Müstəntiq dedi ki, o işi Hərbi Məhkəməyə göndərmişik. Hərbi Məhkəmə isə Ali Məhkəməyə göndərdiklərini dedi. Sənədi niyə gizlədirlər, bu işi niyə bağlayırlar bilmirəm”– deyə Musayev vurğulayıb.


Geri qayıt