
“Zəhmətimi danan heç kimə halallıq verməyəcəyəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri şoumen, aktyor Sərxan Kərəmoğlu “Öz aramızda” verilişində deyib.
Sənətçi ona pislik edən insanları Allaha həvalə etdiyini bildirib:
“Açıq deyirəm, zəhmətimi danan heç kimə halallıq verməyəcəyəm. Mənə pislik edənləri sənə həvalə edirəm, Allahım. Kimə pislik edirəmsə, özümü də Allaha həvalə edirəm. Deyirəm, Allahım, bəlkə bilmədən kiməsə pislik edirəm, məni düzgün yola gətir, onları da düzgün yola gətir, ayılsınlar. Tutub həmin adamı silkələyirəm ki, sən səhv edirsən, ayıl. Amma üç gün keçir, yenə eyni səhvi edir. Çünki damarda axan qanı xarabdır”.
Geri qayıt
|