Əsas Səhifə > Güney Press > Pekin Vaşinqtonu 1 trilyon dollar investisiya ilə ələ almaq istəyir

Pekin Vaşinqtonu 1 trilyon dollar investisiya ilə ələ almaq istəyir


Bu gün, 07:58

Rəsmi Pekin Ağ Ev lideri Donald Tramp administrasiyası ilə Çin tərəfinin ABŞ-də apardığı əməliyyatlara qoyulan məhdudiyyətlərin mümkün ləğvi ilə bağlı danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, Pekin ticarət danışıqları çərçivəsində ABŞ-yə 1 trilyon dollarlıq investisiya təklif edib. Qeyd olunub ki, Çin də ABŞ-da inşa edilən Çin şirkətlərinin istifadə etdiyi idxal resurslarına tətbiq edilən tariflərin azaldılmasını tələb edib.

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsum tətbiq etdiyini açıqlayıb. Eyni zamanda, Tramp Çin məhsullarına rüsumları 125%-ə qaldırıb.

Kanada, Çin və Meksika səlahiyyətlilərinin ABŞ-a fentanil qaçaqmalçılığı ilə mübarizə üçün kifayət qədər səy göstərmədiyi iddiası ilə əvvəllər tətbiq edilmiş 20% tarifi əlavə etməklə, Çin mallarına birləşdirilmiş tarif 145% təşkil edib.


Geri qayıt