Əsas Səhifə > Güney Press > "Brend Təmir"in sahibi həbs olundu
"Brend Təmir"in sahibi həbs olunduBu gün, 17:05 |
"Instagram" sosial şəbəkəsində "Brend Təmir" adlı səhifəsinin Vüsal adlı sahibi həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1981-ci il təvəllüdlü Vüsalın Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Vüsal təmir-tikinti işləri ilə məşğul olmaq üçün "Instagram"da "Brend Təmir" səhifəsini açıb. Mingəçevirdən şəhid ailəsi olan Günel adlı xanım təqsirləndirilən şəxsə zəng edərək, iki otaqlı evini təmir etdirmək istədiyini deyib. Vüsal qadından 15 min manat alaraq, evi təmir edəcəyini bildirib.
Məhkəmənin hökmü ilə Vüsal Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Geri qayıt |