Əsas Səhifə > Güney Press > TƏBİB və Səhiyyə Nazirliyi birləşəcək?
TƏBİB və Səhiyyə Nazirliyi birləşəcək?Bu gün, 11:43 |
"Bu qurumlar yaranıb, yeniliklər edilib. Əgər təkmilləşməyə ehtiyac olacaqsa, bu, cənab Prezidentin səlahiyyətlərinə aid olan məsələdir". "DİA-AZ" xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov TƏBİB və Səhiyyə Nazirliyinin birləşdirilməsi ehtimalından danışarkən deyib.
Deputat bildirib ki, bununla bağlı hökumət, dövlət hər hansısa qərar verəcək: "Dövlət strukturlarında islahatlar gedir. Həmçinin, regional sahədə də islahatların aparılması ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Hesab edirəm ki, bunlar hamısı kompleks şəkildə öz həllini tapacaq".
Geri qayıt |