Əsas Səhifə > Güney Press > İrəvandan Moskvaya mesaj:
İrəvandan Moskvaya mesaj:Bu gün, 11:05 |
Ermənistanda baş tutan demokratik proseslər (seçkilər - red.) xalqın iradəsini əks etdirir və bu seçimə həm Rusiya, həm də digər dövlətlər və beynəlxalq tərəfdaşlar hörmətlə yanaşmalıdırlar. Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan "TVP World" telekanalına müsahibəsində deyib. O vurğulayıb ki, Ermənistanda müntəzəm olaraq seçkilər keçirilir, siyasi qüvvələr öz proqramlarını təqdim edir və son qərarı məhz vətəndaşlar verirlər. "Baş nazirin rəhbərlik etdiyi komanda 2021-ci ildə təşkil olunan növbədənkənar parlament seçkilərində seçicilərin əksəriyyətinin etimadını qazanıb. Həmin proses ölkədə dərin daxili böhran şəraitində həyata keçirilib. Bu il bir sıra ictimai rəy sorğuları aparılıb və 2026-cı ilin iyununda yenidən parlament seçkiləri baş tutacaq", - nazir qeyd edib. Geri qayıt |