Əsas Səhifə > Güney Press > "A-Qroup Sığorta Şirkəti"nin ödənişləri azalıb
"A-Qroup Sığorta Şirkəti"nin ödənişləri azalıbBu gün, 15:35 |
"A-Qroup Sığorta Şirkəti”nin 8 aylıq göstəriciləri açıqlanıb."DİA-AZ" Valyuta.az-a istinadən xəbər verir ki, "A-Qroup Sığorta Şirkəti” ASC cari ilin yanvar-avqust aylarında 10 milyon 585 min manat sığorta haqqı toplayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 494 min manat və ya 4,89% artım deməkdir. Ötən ilin müvafiq dövründə şirkətin yığımları 10 milyon 91 min manat olub. Şirkətin sığorta ödənişlərinə gəldikdə isə, hesabat dövründə müştərilərə 7 milyon 180 min manat ödəniş edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 1 milyon 682 min manat və ya 18,97% azalma deməkdir. Belə ki, 2024-cü ilin yanvar-avqust aylarında "A-Qroup”un ödənişləri 8 milyon 862 min manat təşkil etmişdi. Hesablamaya görə, "A-Qroup Sığorta Şirkəti” bu ilin ilk 8 ayında topladığı hər 100 manatdan 67,83 manatını ödənişlərə yönəldib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 87,82 manat olub. Geri qayıt |