Əsas Səhifə > Güney Press > Elvin Silvanın haqqına girib?

Elvin Silvanın haqqına girib?


Bu gün, 12:59

"Qarabağ"ın futbolçusu Mateus Silva UEFA Çempionlar Liqasının 2-ci turunun "Kopenhagen"lə oyunundan sonra (2:0) media nümayəndələrinin suallarını cavablandırıb.

Publika.az əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edir:

- Hər şeydən öncə bildirim ki, çox xoşbəxtəm. Çünki mənim belə nüfuzlu yarışda oynamaq arzum gerçəkləşdi. Təkcə mən yoxŞ bütün komanda yoldaşlarımla birlikdə. Məşqlərdə çalışdıqlaırmızı meydanda həyata keçirməyə çalışırıq. Bu, bizdə alınırsa, əlavə xoşbəxtlik yaşayırıq.

- Bundan sonra sizi İspaniya səfəri - "Atletik"lə oyun gözləyir...

- Hələ bu qələbənun dadını çıxarmaq istəyirik. Hələ bundan sonra çempionatda oyunumuz var. Həmin görüşə köklənməli və hazırlaşmalıyıq. Ondan sonra müəyyən qədər vaxtımız olacaq. Baş məşqçimiz Qurban Qurbanov yəqin ki, rəqib barədə bizə məlumatlar verəcək.

- "Kopenhangen"lə qələbədən sonra turnir cədvəlinə baxmısınız?

- Yox, hələ imkan olmayıb. Biz soyunub-geyinmə otağında qələbəni qeyd edirdik. Evə getdikdən sonra rahatlıqla turnir cədvəlinə baxacam. Amma bu, bizi arxayınlaşdırmamalıdır, işimizə davam etməliyik.

- Matçın ən yaxşı oyunçusu mükafatı Elvin Cəfərquliyevə verildi. Necə düşünürsünüz, sizə qarşı haqsızlıq olmadı?

- Qətiyyən! Belə şeylərə fikir vermirik. Hamımız meydanda canımızı qoyduq. Fəxrlə bir-birimizin gözünün içinə baxırdıq. Hamı meydanda hər şeyini qoymağa hazır idi. Ona görə də fərq eləmir. Qapıçıdan tutmuş hücumçuya kimi, hər biri bu mükafatı qazanmağa layiq idi.

- Belə matçdan sonra "Kəpəz"lə oyuna köklənmək çətin olmayacaq?

- Bizim işimiz bundan ibarətdir. Biri bitir, digəri başlayır. Bu dəfə də belə olacaq. Növbəti oyuna hazırlaşacağıq, buna məcburuq.

- İlk "24-lüy"ə düşmək şanslarınızı necə qiymətləndirirsiniz?

- Ola bilisin ki, çoxu üçün turnir cədvəlindəki indiki vəziyyətimiz, yığdımız xallar təəccüblü olsun, amma məqsədimiz həmişə bu olub. Yəni hər oyuna qələbə üçün çıxmaq. Belə də davam edəcəyik.

- Pley-offa vəsiqə üçün təqribən 11-12 xal toplamaq kifayət edir. 2 tura artıq 6 xal var, 6 oyuna eyni miqdarda xal yığmaq olar?

- Bu, Çempionlar Liqasıdır, bütün rəqiblər top səviyyədədir. Hər şey mümkündür, amma oyundan-oyuna buna baxmaq olar.


Geri qayıt