Əsas Səhifə > Güney Press > Xocavənd şəhərində evlərin təmirinə 3 milyon manat ayrıldı

Xocavənd şəhərində evlərin təmirinə 3 milyon manat ayrıldı


Bu gün, 12:01

Xocavənd şəhərində fərdi yaşayış evlərində təmir işlərinə başlanılır.

Bu barədə İqtisadiyyat.az Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Məlumaat görə, ümumilikdə 8415 m2 sahəyə malik olan ümumilikdə 50 evin təmiri nəzərdə tutulur.

Qurum təmir işlərini “Az-Caspian Construction” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, evlərdə təmir işlərinə 2 milyon 941 min manat vəsait sərf olunacaq.


Geri qayıt