Əsas Səhifə > Güney Press > "MİDA" 2 milyon vergi borcu olan şirkətə 4 milyonluq
"MİDA" 2 milyon vergi borcu olan şirkətə 4 milyonluqBu gün, 11:57 |
“MİDA” MMC elan etdiyi tenderin nəticələrini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, tender Yasamal-1 və Hövsan-1 yaşayış komplekslərində təmir işlərinin həyata keçirilməsi məqsədilə keçirilib. Nəticəyə əsasən, tenderin qalibi “CMT Group” MMC (VÖEN: 1001879941) olub. Qalib şirkətə 4 126 436 AZN ödəniş ediləcək. Qeyd edək ki, “CMT Group” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Eynar Hacı Vuqar oğludur. Hüquqi ünvanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşir. Şirkətin vergi borcu 1 975 502 AZN təşkil edir. Geri qayıt |