Əsas Səhifə > Güney Press > Tanışı ilə birgə eks-sevgilisinə qarşı cinayət törədən şəxsin cəzası azaldıldı

Tanışı ilə birgə eks-sevgilisinə qarşı cinayət törədən şəxsin cəzası azaldıldı


Bu gün, 09:32

Ali Məhkəmədə soyğunçuluqda təqsirləndirilən P.Allahverdiyev və G.Hümbətovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin olunub. Cinayət Məcəlləsinin 32.4,180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş P.Allahverdiyevin barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilib. P.Allahverdiyevin ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 1 ay 7 gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılıb və üzərində qəti olaraq 10 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İttiham aktına görə, P.Allahverdiyev tanışı G.Hümbətova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. G.Hümbətova əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) etimadını qazanmaq üçün plan qurub. Bu məqsədlə, G.Hümbətova dəfələrlə müştəri qismində zərərçəkmiş şəxsin icarəyə götürüb işlədiyi gözəllik salonuna gedərək kosmetoloji prosedurlar etdirib və onun yaxın əhatəsinə daxil olmağa nail olub.

Sonra qabaqcadan hazırlanmış cinayət planına uyğun olaraq, 17 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən restoranda G.Hümbətova ilə S.S. birgə yeyib-içib. Daha sonra onlar Nərimanov rayonunda yerləşən digər restoranda görüşüblər. Həmin vaxt zərərçəkmiş şəxs avtomobilin sürücü oturacağında əyləşib, kassada sifariş etdiyi dondurmaların pulunu ödəyən zaman G.Hümbətova onun dəyəri 3000 manat olan “iPhone 13 Pro” markalı mobil telefon aparatını ələ keçirərək hadisə yerindən uzaqlaşıb və həmin gün tanışına təqdim edib.


Geri qayıt