Əsas Səhifə > Güney Press > Bu gündən BP-nin yeni regional prezidenti vəzifəsinin icrasına başlayıb
Bu gündən BP-nin yeni regional prezidenti vəzifəsinin icrasına başlayıbDünən, 13:30 |
Bu gündən etibarən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Ciovanni Kristofoli vəzifəsinin icrasına başlayıb. Bu barədə "Report"a "BP-Azerbaijan" şirkətindən məlumat verilib. Bildirilib ki, Ciovanni Kristofoli BP-də 24 illik təcrübəyə malikdir və bu müddət ərzində texniki həllər, əməliyyatlar və iri layihələr sahəsində bir sıra rəhbər vəzifələrdə çalışıb. O, BP-nin Bakı ofisində fəaliyyət göstərəcək və regionda təhlükəsiz və səmərəli enerji təminatına olan öhdəliyimizi davam etdirəcək. Qeyd edək ki, son 8 ildə şirkətin regiondakı biznesinə Qari Counz rəhbərlik edib. Onun rəhbərliyi dövründə BP regionda bir sıra mühüm uğurlara imza atıb və şirkət tərəfdaşlıqlarını daha da gücləndirib. Geri qayıt |