Əsas Səhifə > Güney Press > ABŞ-dən ələ keçirilən Rusiya qırıcısı ilə bağlı qərar
ABŞ-dən ələ keçirilən Rusiya qırıcısı ilə bağlı qərarDünən, 12:58 |
2003-cü ildə İraqda ABŞ tərəfindən ələ keçirilən Rusiyanın MiQ-25 qırıcı təyyarəsi Amerika Hərbi Hava Qüvvələrinin Milli Muzeyində nümayiş etdiriləcək. Teleqraf xəbər verir ki, bu barədə “The National Interest” (TNI) məlumat yayıb. Nəşr bildirilib ki, MiQ-25RB 2003-cü ildə Amerikanın başçılıq etdiyi “İraqın Azadlığı” əməliyyatının ilk aylarında İraqdakı Əl-Təqaddum aviabazasının yaxınlığında aşkar edilib. TNI-nin yazdığına görə, bombardmançı ABŞ, Böyük Britaniya və digər ölkələrin koalisiya qüvvələri tərəfindən məhv edilməməsi üçün qumun altında basdırılıb. Təyyarə oktyabrın 7-dən altı 6 ərzində nümayiş etdiriləcək Amerika muzeyinə təhvil veriləcək ilk MiQ-25 olacaq. Geri qayıt |