Energetika Nazirliyi “Facility Management Group” MMC (VÖEN - 1403645031) ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb. Müqaviləyə əsasən, Energetika Nazirliyi Təmiz Enerji Mərkəzinin (TEM) yerləşəcəyi Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, 29 ünvanındakı “Bayıl Plaza” Biznes Mərkəzinin 3-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, sahəsi 144 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəsi və parkink xidmətləri üçün “Facility Management Group” MMC-yə 3 ay müddətində 17 min 271 manat 66 qəpik ödəyəcək. Açıqlanan məlumatlardan da göründüyü kimi, nazirlik “Bayıl Plaza”dakı 144 kv. metrlik ofis üçün ayda 5 757 manat ödəniş edəcək. Qeyd edək ki, “Facility Management Group” MMC daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətlərdən biridir. Nizanamə kapitalı 2 milyon 524 min 147 manat olan MMC-nin hüquqi ünvanı Neftçilər prospekti ev 153-də yerləşir.
Geri qayıt
|