Əsas Səhifə > Güney Press > Daha bir "qanuni oğru"ya cinayət işi açıldı: 15 il həbs gözləyir
Daha bir "qanuni oğru"ya cinayət işi açıldı: 15 il həbs gözləyirDünən, 12:36 |
Kriminal dairələrdə “Lexa Moskovski” kimi tanına 53 yaşlı Moskovski Aleksey İvanova qarşı cinayət işi açılıb. Lent.az xəbər verir ki, ona Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (“Cinayətkar iyerarxiyasında ən yüksək mövqeyi tutmaq”) üzrə ittiham irəli sürülüb. Onu bu maddə əsasında 15 ilə qədər həbs cəzası gözləyir. İvanovun vəkili bildirib ki, müvəkkili özünü təqsirli bilmir. Qeyd edək ki, “Lexa Moskovski” bu il mayın 27-də Moskvada saxlanılıb. Eyni vaxtda Nijni Novqorodda İvanovun cinayətkar qrupunun üzvləri hesab edilən daha 18 nəfər ələ keçirilib. İvanovun 1997-ci ildə Kutaissi mənşəli “qanuni oğru” Dato Sebiskveradze tərəfindən “taclandırıldığı” güman edilir. Məlumata görə, o, öz statusunu hüquq-mühafizə orqanlarından 27 il gizlədə bilib. 2007-ci ildə saxlanılsa da, həmin vaxt onu kriminal avtoritet kimi tanımayıblar. Geri qayıt |