AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Suriyanın Ali Seçki Komissiyasının üzvü Həsən Əl-Daqim belə bəyanatla çıxış edib.
Bundan əvvəl Suriyanın Ali Seçki Komissiyası keçmiş prezident Bəşər Əsədin hakimiyyətinin başa çatmasından sonra ölkənin Xalq Şurasına (parlament) ilk seçkilərin oktyabrın 5-də keçiriləcəyini açıqlamışdı.
“Keçmiş rejimi silahla, pulla və ya rəylə dəstəklədiyi sübuta yetirilən hər kəsin namizədliyini irəli sürmək, seçilmək və ya səsvermədə iştirak etmək qadağandır. Bu, Xalq Şurasının üzvü olanlara və ya keçmiş rejimi dəstəkləyən partiyalarda rəhbər vəzifələrdə çalışanlara da aiddir”, - əl-Daqim deyib.
Onun sözlərinə görə, qarşıdan gələn Suriya parlament seçkiləri dolayısı ilə səsvermənin seçki kollegiyaları tərəfindən aparılacaq. Kollegiyaların formalaşması zamanı 2011-ci ildə ən son siyahıya almada əks olunduğu kimi, Suriya cəmiyyətinin müxtəlifliyi nəzərə alınıb.
Əl-Daqim bildirib ki, praktik olaraq 7-8 min namizədin arasından 140 deputat seçəcək.