Əsas Səhifə > Güney Press > Rusiyaya 9 manata satılan badam ləpəsini, marketlərdə 19 manata satırlar

Rusiyaya 9 manata satılan badam ləpəsini, marketlərdə 19 manata satırlar


Dünən, 15:55

Bu ilin ilk 7 ayı ərzində Azərbaycandan xarici ölkələrə 261,7 ton qabığı təmizlənmiş badam (badam ləpəsi) ixrac olunub.
Yeniavaz.com
xəbər verir ki, ixrac olunan badam ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri 5,1 dollar (8,7 manat) olub.
Qeyd edək ki, Azərbaycan badam ləpəsini aşağıdakı ölkələrə satıb:
Rusiya – 154,2 ton (1 kiloqramı 9,4 manata);
Türkiyə – 60 ton (1 kiloqramı 8,2 manata);
İtaliya – 47,3 ton (1 kiloqramı 6,8 manata);
Almaniya – 0,14 ton (1 kiloqramı 11,2 manata);
Niderland – 0,04 ton (1 kiloqramı 10,2 manata).


Məlumat üçün bildirək ki, Azərbaycan xaricə badam ləpəsi satdığı kimi, xaricdən də ölkəyə 336,3 ton badam ləpəsi idxal edib. İdxal olunan badamın 1 kiloqramının orta gömrük dəyəri 6,8 dollar (11,5 manat) olub. Badam ləpəsi əsasən (94%-i) ABŞ-dən idxal edilib. Belə ki, bu ilin ilk 7 ayında Azərbaycan ABŞ-dən 315,5 ton badam ləpəsi idxal edib. ABŞ-dən gətirilən badam ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri 6,7 dollar (11,4 manat) olub.
Onu da qeyd edək ki, bu ilin avqust ayında Azərbaycanda marketlərdə satılan yerli istehsal olan badam ləpəsinin 1 kiloqramının orta satış qiyməti 18 manat 85 qəpik, idxal olunan badam ləpəsinin 1 kiloqramının orta satış qiyməti isə 21 manat 75 qəpik olub.
Azərbaycanda yeganə badam emalı zavodu “Azbadam” MMC-yə məxsusdur. Şirkətdən verilən məlumata görə, “Azbadam” Azərbaycanda ən böyük badam istehsalçısıdır və ildə 2 000 ton ləpə istehsal etməklə regionda ilk və yeganə badam emalı zavodunun sahibidir.


Geri qayıt