Əsas Səhifə > Güney Press > Əməkdar artist Cabir İmanov vəfat edib
Əməkdar artist Cabir İmanov vəfat edibDünən, 14:45 |
Əməkdar artist Cabir İmanov vəfat edib. Bu barədə "Report"a onun yaxınları məlumat verib. Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Ailəli idi, 4 övladı var. Xatırladaq ki, xəbəri ilk olaraq "Qafqazinfo" saytı yayıb. Geri qayıt |