Əsas Səhifə > Güney Press / Ana xəbər > Hökməlidə sifətinə qaynar su atılan icra nümayəndəsi işdən qovuldu?
Hökməlidə sifətinə qaynar su atılan icra nümayəndəsi işdən qovuldu?20-05-2014, 17:53 |
![]() Abşeron rayon Hökməli qəsəbə nümayəndəsinin sifətinə qaynar su tökdülər. Bu şok hadisə Hökməli qəsəbəsi, Əliağa Vahid küçəsində yaşanıb. Adıçəkilən qəsəbədə çalışan daş ustasının GUNXEBER.COM-a verdiyi məlumata görə, sakinlərlə icra nümayəndəsi arasında baş verən hadisə ötən ay yaşanıb. Yenicə ev tikən vətəndaş evini sökmyə cəht edən icra nümayəndəsi Müseyib İbrahimovun sifətinə qaynar su töküb. Ustanın dediyinə görə, sakinin qaynar suya əl atmasına səbəbə isə Müseyib İbrahimovun elə özü olub. Evinin söküləcəyini deyən icra nümayəndəsi sakinlərdən 5 min mannat rüşvət tələb edib. Vətəndaş pulunun olmadığını deyən zaman əraziyə Eksvator gəlib bu zaman evin xanımı qaynar suyu Müseyib İbrahimovun sifətinə töküb. Hadisənin baş verdiyi gündən bir neçə gün sonra Müseyib İbrahimovun işdən çıxarıldığı deyilir. Amma Abşeron rayon İcra Hakimiyyətinin rəsmi saytında Müseyib İbrahimov hazırda Hökməli qəsəbəsi nümayəndəsi kimi göstərilir. Qeyd edək ki, Abşeron rayon Hökməli qəsəbəsində bir evin tikilməsi üçün sakinlərdən 5 min manant tələb edilir. Bu rəqəmlə razılaşmayan vətəndaşların evi sökülür. Yığılan pulların icra başçısından da gizlədildiyi deyilir. Hadisə ilə bağlı araşdırmalarımız davam edir. Hələlik Müseyib İbrahimovun mövqeyini öyrənə bilmədik. Abşeron rayon Hökməli qəsəbə nümayəndəliyinin şəhər telefonu dəyişdirildiyindən cəhdlərimiz baş tutmadı. Yazıda adıçəkilən şəslərin də mövqeyini dərc etməyə hazıırq. Geri qayıt |