Əsas Səhifə > Güney Press > "Bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur"
"Bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur"Dünən, 16:19 |
"Prezident İlham Əliyevin BMT-nin 80-cı sessiyasında çıxışı ölkəmizlə ali qurumun münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir". Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib. O bildirib ki, dövlət rəhbərimiz ali kürsüdən BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz imkanları hesabına həll edən, sülh və əmin-amanlığı bərqərar edən və regionda yeni geosiyasi reallıqlar yaradan lider kimi bütün ölkələr üçün əhəmiyyətli, örnək götürə biləcəkləri fikirlər səsləndirdi, strateji "yol xəritəsi" təqdim etdi: "Prezident İlham Əliyevin “Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq” fikri Ali Baş Komandan, xalq və ordu birliyinin təntənəsidir. Azərbaycan istər regional, istərsə də, qlobal proseslərdə, xüsusilə, sülh və təhlükəsizlik məsələrində dinamik, adekvat və müsbət nəticələrə hesablanmış addımlar atır. Ölkəmiz dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq münaqişədən əziyyət çəkən və təməl yaşamaq haqları tapdalanan bütün dövlətlərə özünün siyasi, iqtisadi, humanitar dəstəyini əsirgəmir. Bu uzun müddət münaqişədən, işğaldan, etnik təmizləmələrdən əziyyət çəkən Azərbaycan xalqının nümayiş etdirdiyi mənəvi prinsiplərdir". Millət vəkili qeyd edib ki, ölkəmiz 30 il müddətində Ermənistanın işğalçı, təcavüzkar siyasətinə məruz qalmış və torpaqlarımızın 20 faizi işğal edilmişdi: "İşğal müddətində rəsmi İrəvan beynəlxalq təşkilatların, xüsusilə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini icra etməkdən boyun qaçırmış və işğalı davam etdirib. Bununla yanaşı Azərbaycan və Ermənistan arasında keçmiş Qarabağ münaqişəsini nizamlamaq üçün təsis olunan ATƏT-in Minsk qrupuda qeyri-adekvat və səmərəsiz fəaliyyəti ilə yadda qalıb. Dövlət rəhbərimizin həmsədr institutu ilə bağlı qeyd etdikləri "1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar" qrumun fəaliyyətsizliyi ilə əlaqədar birdaha hərkəsdə aydın fikir formalaşdırdı". Günay Ağamalı vurğulayıb ki, Prezident çıxışı zamanı avqustun 8-də Vaşinqtonda əldə olunan mühüm razılaşmaların, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasının və Zəngəzur dəhlizi fonunda iqtisadi perspektivlərin əhəmiyyətindən bəhs edərək Cənubi Qafqazda yeni çağın, yeni səhifənin açılmasını bir daha təsdiq etdi: "Hesab edirəm ki, bu çıxış regionda yaranan yeni geosiyasi və geoiqtisadi konfiqurasiyanı qəbul etmək istəməyən qüvvələrə ünvanlanmış qəti mesajdır. Cənab Prezident İlham Əliyev ötən il Azərbaycanın uğurla ev sahibliyi etdiyi beynəlxalq miqyaslı COP-29 tədbiri, əldə olunan tarixi nailiyyətlərin əhəmiyyəti fonunda ölkəmizin iqlim diplomatiyasının uğurlarını diqqətə çatdırdı. Xüsusilə, Xəzər dənizinin üzləşdiyi problemlərin BMT tribunasından səsləndirilməsi beynəlxalq ictimaiyyətin nəzərinin Xəzər hövzəsinə yönəlməsini şərtləndirəcək. Möhtərəm Prezident İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasında iştirakı, çıxışı və keçirdiyi məhsuldar görüşlər Azərbaycan diplomatiyasının növbəti uğurudur". Geri qayıt |