Əsas Səhifə > Güney Press > Ermənistan heyəti Lyublyanaya gedəcək

Ermənistan heyəti Lyublyanaya gedəcək


Dünən, 14:54

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Andranik Koçaryanın başçılıq etdiyi nümayəndə heyəti NATO Parlament Assambleyasının illik sessiyasında iştirak edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.


Sessiya 9-13 oktyabr tarixlərində Lyublyanada (Sloveniya) keçiriləcək.

Nümayəndə heyətinə deputatlar Arusyak Culakyan və Vaaqn Aleksanyan, eləcə də nümayəndə heyətinin katibi, parlament aparatının xarici əlaqələr idarəsinin müşaviri Zabela Kazaryan daxildir.


Geri qayıt