Əsas Səhifə > Güney Press > Minatəmizləmə Agentliyi 4 şirkətlə 17,8 milyon manat müqavilə bağladı

Minatəmizləmə Agentliyi 4 şirkətlə 17,8 milyon manat müqavilə bağladı


Dünən, 12:59

Minatəmizləmə Agentliyi 4 şirkətlə bir mənbədən satınalma metodu ilə müqaviləsi imzalayıb.

"DİA-AZ" xəbər verir ki, bir satınalma işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi xidmətləri ilə bağlıdır. Bu işlər 3 fərqli şirkətə həvalə olunub.

"Safe Point" QSC (VÖEN: 1505653841) , "Azerbaijan Demining Company" MMC (VÖEN: 1604489411) və "Alphademining" ilə (VÖEN: 1505431071) 3 milyon 145 min 077,6 manat məbləğində müqavilə imzalanıb.

Keçmiş təmas xəttində yerləşən yüksək çirklənmiş ərazilərin çəpərlənməsi işlərinin satın alınması "DMC Alyans Qrup"a həvalə olunub.

Qalib şirkətlə 8 milyon 381 min 359,91 manat məbləğində müqavilə imzalanıb.

Müqavilələrin ümumi məbləği 17 milyon 816 min 592.74 manat təşkil edir.


Geri qayıt